"Liverpul" "Barselona"nın 27 yaşlı mərkəz müdafiəçisi Ronald Arauxonun transferini rəsmiləşdirmək üçün Kataloniya klubu ilə rəsmi təmaslara başlayıb.
Offsideplus.az xəbər verir ki, "Liverpul" müqavilədə yer alan 55 milyon avroluq satınalma bəndini aktivləşdirmək üçün hüquqi prosedurlara başlayıb.
-
Futbolçunun qərarı: Arauxo "Liverpul"un gələcək layihəsinə tam inanıb və uzunmüddətli müqavilə imzalamağa razılıq verib.
-
Van Deykin xələfi: Mersisayd təmsilçisi uruqvaylı ulduzu mövsümün sonunda komandadan ayrılacaq vircil van Deykin əsas əvəzedicisi kimi görür.
-
Rəsmi elan gözlənilir: Sənədləşmə işləri başa çatdıqdan sonra transferin yaxın saatlarda rəsmən elan olunacağı gözlənilir.


