Qadınlar arasında voleybol üzrə Avropa çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, ilk iki görüşdə qələbə qazanan Azərbaycan bu gün Rumıniyanı sınağa çəkib.
Faiq Qarayevin yetirmələri bu oyunda çətinliklə də olsa, qələbə qazanmağı bacarıb.
Millimiz setlərdə 2:0 önə keçsə də, sonradan rəqib geridönüş etməyi bacarıb.
Tay-brekdə daha dəqiq olan milli komandamız sonda qələbəyə sevinib - 3:2 (25:21, 25:23, 15:25, 22:25, 15:8).
Bizim qrupun bugünkü digər oyununda isə Niderland Portuqaliyanı set vermədən məğlub edib - 3:0 (25:21, 25:18, 25:23).
C qrupunda vəziyyət belədir:
1. Azərbaycan - 8 xal, 9-3 (3 oyun)
2. Niderland - 5 xal, 6-2 (2 oyun)
3. Belçika - 5 xal, 5-2 (2 oyun)
4. Rumıniya - 2 xal, 4-6 (2 oyun)
5. İspaniya - 1 xal, 2-6 (2 oyun)
6. Portuqaliya - 0 xal, 1-9 (3 oyun)
Qeyd edək ki, C qrupunun oyunları "Trendyol"un sponsorluğu ilə Bakıda - Milli Gimnastika Arenasında keçirilir.


