Amerikalı təcrübəli forvard Kennet Farid karyerasını İspaniyanın "Baskoniya" klubunda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə tanınmış insayder Çema de Lukas məlumat verib.

36 yaşlı basketbolçu 2025/26 mövsümündə "Panatinaikos"un heyətində Avroliqada 35 oyunda çıxış edərək orta hesabla 13 dəqiqəyə 5,8 xal və 3,9 ribaund toplayıb.

Farid daha əvvəl NBA-də "Denver Nageçs", "Bruklin Nets" və "Hyuston Rokets"də çıxış edib, həmçinin Çin, Meksika və Puerto-Rikoda da oynayıb.