"Liverpul" böyük transferə hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, tanınmış idman jurnalisti David Ornsteinin məlumatına görə, "Liverpul" keçmiş ulduzu, əfsanələrindən sayılan Trent Aleksander-Arnoldu komandaya qaytarmaq üçün hərəkətə keçib.

  • Rəsmi təklif: "Liverpul" "Real Madrid"ə 1 mövsümlük icarə + mövsümün sonunda satınalma opsiyası şərti ilə rəsmi müraciət edib.

  • Oyunçunun istəyi: İngiltərəli sağ bek Mersisayda və "Enfild"ə qayıtmağa çox həvəslidir və bu keçidə müsbət yanaşır.

  • Növbəti addım: Madrid klubunun bu gözlənilməz təklifə verəcəyi cavab transferin taleyini müəyyənləşdirəcək.