"Mançester Siti"nin 24 yaşlı ispaniyalı dayaq yarımmüdafiəçisi Niko Qonsales karyerasını "Nyukasl Yunayted"də davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, tərəflər transfer üzrə tam razılığa gəliblər.
-
Maliyyə şərtləri: "Nyukasl" bu transfer üçün "Mançester Siti"yə 54 milyon avro ödəniş və 3.5 milyon avro bonus ödəyəcək
-
Şəxsi razılıq: Futbolçu "Nyukasl"ın layihəsini qəbul edib və müqavilə şərtlərində anlaşma əldə olunub.
-
Son mərhələ: Yaxın saatlarda tibbi müayinədən keçdikdən sonra keçid rəsmən elan olunacaq.


