Tarixində ilk dəfə Dünya Kubokuna vəsiqə qazanan Kabo-Verde millisi ikinci oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, ilk turda İspaniyadan bir xal qoparan seçmə bu dəfə ikiqat mundial titulu olan Uruqvayla qarşılaşacaq.
Ölkəmizdə çıxış edən Kabo-Verdeli futbolçular deyəndə ağıla Patrik və Leandro Andradelər gəlir. İspaniya ilə matçdan əvvəl Patrik saytımıza açıqlama vermişdi. Bu dəfə “Qarabağ”ın vingeri, çempionatın ən bahalı futbolçusu Leandro Andrade fikirlərini bölüşüb:
“Məncə, Kabo-Verdenin çox yaxşı şansı var. Çünki ilk dəfə DÇ-də olmalarına baxmayaraq milli komanda yaxşıdır, çox güclüdür. Onlar hər şeyi vermək gücündədirlər. Kabo-Verde qrupun döyüşçüləridir. Əvvəllər millidə olanda da görmüşdüm, şəraitə rəğmən onlar çox şey görə bilirlər. Bunun üçün də onlar indi hər şeyə layiqdirlər. Bu komanda dayanmayacaq, yaxşı şeylər edəcəklər. Kabo-Verde İspaniya ilə heç-heçə etdi. Lakin bu onların maksimumu deyil. Məncə, onlar həmin matçda qol da vura bilərdilər. İnanıram ki, onlar Kabo-Verdenin keyfiyyətini hamıya göstərəcəklər”.


