Futbol üzrə Seneqal millisi dünya çempionatı zamanı ciddi təşkilati və maliyyə çətinlikləri ilə üzləşir.

Offsideplus.az xəbər verir ki, bu barədə "Sport News Africa" nəşri məlumat yayıb.

Oyunçulara DÇ-2026-ya vəsiqə qazandıqlarına və Afrika Millətlər Kubokunda çıxışlarına görə nəzərdə tutulan mükafat indiyədək ödənilməyib. Onlar həmçinin ABŞ-dəki yaşayış və qidalanmadan narazıdırlar. Çünki qaldıqları otel millinin standartlarına cavab vermir.

Baş məşqçi Pap Tyav isə yenilənmiş müqavilə olmadan komanda ilə işləməyə davam edir. O, təxminən beş aydır ki, maaş almır.

Qeyd edək ki, Seneqal mundialın ilk turunda Fransaya 1:3 hesabı ilə uduzub. Komanda II turda, iyunun 23-də Norveçlə qarşılaşacaq.