Mərakeş millisi DÇ-nin qrup mərhələsinin II turunda Şotlandiyanı 1:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Boston şəhərində keçirilən görüşdə yeganə qolu görüşün 2-ci dəqiqəsində Brahim Diasın ötürməsindən sonra İsmael Saybari vurub.
Bu qələbə ilə Mərakeş məğlubedilməzlik seriyasını 30 oyuna çatdırıb. Matç boyu daha təhlükəli hücumlar quran və fərqi artırmağa yaxın olan "Atlas şirləri" rəqibə demək olar ki, şans verməyib. Şotlandiya isə yalnız Endi Robertson və Con Makqinnin iştirakı ilə təhlükəli vəziyyət yarada bilsə də, ondan yararlana bilməyib.
Mərakeş xalını 4-ə yüksəldib. Şotlandiya yığması isə 3 xalda qalıb.
Matçın yeganə qolu:


