Braziliya millisi DÇ-nin qrup mərhələsinin II turunda Haitini 3:0 hesabı ilə rahat məğlub edərək C qrupunda liderliyə yüksəlib və rəqibini turnirdən kənarlaşdırıb.

Offsideplus.az xəbər verir ki, Filadelfiyada baş tutan matçda "sambaçılar" qələbəni elə ilk hissədə təmin ediblər.

Braziliyalıların heyətində Mateus Kunya dubl edib, digər qolu isə Vinisius Junior vurub. Komandanın ulduzlarından Rafinya isə zədələnərək erkən əvəzlənməli olub.

C qrupunda iki turdan sonra turnir cədvəli belədir:

1. Braziliya - 4 xal, 4-1

2. Mərakeş - 4 xal, 3-1

3. Şotlandiya - 3 xal, 1-2

4. Haiti - 0 xal, 0-4.

Braziliya - Haiti matçının (3:0) qollarını sizə təqdim edirik: