2030-cu ildə Mərakeş və Portuqaliya ilə birlikdə Dünya Kuboku ev sahibliyi edəcək İspaniya arasında turnirin final matçının harada keçiriləcəyi ilə bağlı ciddi fikir ayrılığı və rəqabət davam edir.
Offsideplus.az xəbər verir ki, hər iki ölkə futbolun bu ən böyük şou-matçına öz ölkəsində ev sahibliyi etmək üçün bütün rəsmi və diplomatik resurslarını işə salıb.
Final qarşılaşmasını qəbul etmək istəyən namizəd stadionlar və tərəflərin əsas iddiaları aşağıdakı kimidir:
-
İspaniyanın seçimi — "Santyaqo Bernabeu" (Madrid): İspaniya Kral Futbol Federasiyası finalın mütləq İspaniya torpağında keçirilməli olduğunu müdafiə edir.
Onlar bu mühüm missiyanı Madridin tamamilə yenilənmiş, müasir və tarixi "Santyaqo Bernabeu" stadionuna (və ya muasirləşən "Kamp Nou"ya) həvalə etmək niyyətindədirlər. İspaniya tərəfi təşkilatçılıq çəkidə böyük payın (təxminən 55%) onlara məxsus olduğunu və kubokun Avropa torpağında ucaldılmasının vacibliyini vurğulayır. -
Mərakeşin seçimi — "II Həsən" Stadionu (Kasablanka): Mərakeş tərəfi isə finalı ikinci planda qarşılamaq fikrində deyil.
Onlar Kasablanka yaxınlığında tikintisi davam edən və tamamlandıqdan sonra 115 000 tamaşaçı tutumu ilə dünyanın en böyük futbol stadionu olacaq möhtəşəm "II Həsən" (Hassan II) stadionunu final üçün əsas namizəd kimi irəli sürürlər. Mərakeş rəsmiləri bu arenanın birbaşa 2030-cu ilin finalı üçün dizayn edildiyini və FIFA-nın tələblərini tamamilə üstələdiyini bildirirlər.


