"Barselona" klubunun futbolçusu Robert Levandovski "Çikago Fayr" (ABŞ) ilə razılıq əldə edib.
Offsideplus.az "Diario Sport"a istinadən xəbər verir ki, hücumçunun MLS təmsilçisi ilə müqaviləsinin müddəti 2 il olacaq.
Müqavilə müddətin daha 1 il uzadılması variantı da daxil ediləcək. Keçidlə bağlı rəsmi açıqlamanın növbəti həftə veriləcəyi gözlənilir.
37 yaşlı hücumçunun yeni klubundakı mövsümlük maaşı təxminən 10 milyon dollar təşkil edəcək.


