FİFA DÇ-2026 zamanı himnlərin səsləndirilməsi mərasimində fotoqrafların yerləşmə qaydasında dəyişiklər edib.
Offsideplus.az xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, bundan sonra fotoqraflar meydanın mərkəz xəttinə daha yaxın ərazidə qruplaşdırılacaqlar.
Həmçinin himnlər zamanı məşqçilər korpusu ehtiyat oyunçular skamyasının yanında qalmağa məcbur olmayacaq. Onlar maneəsiz görüntü əldə etmək üçün fotoqrafların sağ və ya sol tərəfində dayana biləcəklər.
Qeyd edək ki, İngiltərə millisinin çalışdırıcısı Tomas Tuhel Xorvatiya ilə oyundan (4:2) sonra himnlərin səsləndirilməsi zamanı qarşısında çox sayda fotoqrafın toplandığını və futbolçularını görə bilmədiyini açıqlamışdı.


