"Transfermarkt" Misli Premyer Liqasının ən bahalı futbolçuları siyahısını yeniləyib. 

Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın ulduzu Leandro Andrade 3,5 milyon avro dəyər ilə siyahıya liderlik edir. Bu isə MPL-də bütün zamanların rekordu deməkdir. 

Onun komanda yoldaşı Mateuş Koxalski və "Sabah"ın oyunçusu Timoteuş Puxaç 2,5 milyon avro ilə siyahıda ikinci və üçüncü yerdə qərarlaşıblar. "Qarabağ"dan Elvin Cəfərquliyev, Kamilo Duran, Pedro Bikalyo, Toral Bayramov, Kadi Borges və "Sabah"dan İvan Lepinitsanın da dəyəri 2 milyon avro kimi göstərilib. 

Bununla da Elvin Cəfərquliyev an etibarilə MPL-də ən bahalı azərbaycanlı futbolçu olub. 

10-cu pillədə isə 1,5 milyon avro dəyər ilə "Neftçi"li İmad Faraj yer alıb.