Avropa futbolunda yay transfer pəncərəsinin ən səs-küylü keçidi reallaşa bilər.

Offsideplus.az xəbər verir ki, "Real Madrid" rəhbərliyi "Bayern Münhen"in ulduz cinah oyunçusu Maykl Oliseni heyətinə qatmaq üçün hərəkətə keçib.

​Madrid klubu fransalı vunderkind üçün transfer pəncərəsinin açılışında almanlara 200 milyon avro təklif etməyi planlaşdırır.

​"Kral klubu" transferi bitirmək naminə bu məbləği 220 milyon avroya qədər qaldırmağa tam hazırdır.

​Əgər bu transfer göstərilən məbləğə baş tutarsa, Maykl Olise "Real Madrid" tarixinin ən baha transferi olmaqla yanaşı, həm də dünya futbol tarixində Neymardan sonra (222 milyon avro) ikinci ən bahalı keçid kimi tarixə düşəcək.

​Buna baxmayaraq, Münhen təmsilçisi ulduz futbolçusunu satmaq niyyətində olmadığını və heç bir təklifi dəyərləndirməyəcəyini israrla vurğulayır. Lakin "Real Madrid" prezidenti Florentino Perezin bu transferdə israrlı olduğu və transfer pəncərəsinin sonuna qədər "Bayern Münhen"in müqavimətini qırmağa çalışacağı bildirilir.