Bu gün “Səbail”in mətbuat xidməti Adil Şükürovla yollarını ayırdıqlarını açıqladı.
Bu gedişin səbəbi nə oldu? Təcrübəli mütəxəssisə başqa təkliflər varmı? Sualların cavabını tapmaq üçün Offsideplus.az Adil Şükürovla əlaqə saxlayıb:
“Müqaviləmiz bitmişdi. Son qərar verilməli idi. Yeni rəhbərliyin də yəqin ki, öz məşqçiləri olacaq. Onlara uğurlar arzu edirəm. Mənə hələ ki, heç bir təklif yoxdu. Kimləsə danışmamışıq. Nə olsa, gələcəkdə bilinəcək”.


