Dünya Kubokunda qrup mərhələsi üzrə 1-ci turun oyunları davam edir. Sabah Bakı vaxtı ilə saat 06:00-da Kolumbiya seçməsi Özbəkistanı sınağa çəkəcək.
Çempionatımızda çıxış etmiş, "Qarabağ"ın sabiq futbolçusu Kevin Medina ölkəsinin mundialdakı potensialı haqda Offsideplus.az-a açıqlama verib:
“Düşünürəm ki, Kolumbiyanın bu qrup mərhələsini keçmək üçün kifayət qədər güclü komandası var. Təbii ki, söhbət dünya çempionatından gedir və burada hər zaman sürprizlər olur. Amma bir kolumbiyalı olaraq ümid edirəm ki, Kolumbiya bu mundialda mümkün qədər irəli gedəcək və ən yaxşı nəticəni əldə edəcək”.


