“Araz-Naxçıvan” klubu 4-cü futbolçu ilə yeni müqavilə bağlayıb. 

Offsideplus.az xəbər verir ki, klub Ülvi İsgəndərov ilə razılıq əldə edib. O, daha bir il müddətinə "Araz-Naxçıvan"ın formasını geyinəcək. 

Ü.İsgəndərov 2024-25 mövsümündən bəri “qırmızı-ağlar”da çıxış edir.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla yeni müqavilə imzalayıb.