Bu gün "Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.
Offsideplus.az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da baş tutacaq.
Səpələnməmişlər səbətində yer alacaq "Neftçi"nin potensial rəqibləri aşağıdakılardır:
"Rakuv" (Polşa), "Ludoqorets" (Bolqarıstan), "Apollon" (Kipr), "Dinamo Siti" (Albaniya) - "Astana" (Qazaxıstan), "Dinamo-Minsk" (Belarus) - "Sileks" (Makedoniya).
Qeyd edək ki, IIci təsnifat mərhələsinin ilk oyunu iyulun 23-də, cavab matçı isə 30-da keçiriləcək.


