DÇ-2026-nın I qrupunda ötən gecə Norveç milli komandası İraq ilə üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, matç Norveçin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Erlinq Haaland dubla imza atıb, Martin Odeqar fərqlənib və Aymen Hüsseyn avtoqol vurub. İraqın yeganə qolunun müəllifi də A.Hüsseyn olub.
Haaland ilk dəfə iştirak etdiyi Dünya Kuboku matçının ən yaxşısı seçilib və mundial tarixində Norveç millisinin heyətində dubla imza atan ilk futbolçu olub.
Hazırda I qrupunda Norveç və Fransanın 3 xalı var. Seneqal və İraq isə 0 xalla 3 və 4-cü yerləri bölüşürlər.


