FIFA Dünya Kubokunda mübarizə aparan "Breziliya" milli komandasında Neymarın zədəsi ilə bağlı planlar tamamilə dəyişib.
Offsideplus.az xəbər verir ki, "Sambaçılar"ın tibbi heyəti və baş məşqçi Karlo Ançelotti ulduz futbolçunu qrup mərhələsinin heç bir oyununda meydana buraxmamaq barədə ortaq məxrəcə gəliblər.
Mayın 17-də "Santos"un heyətində zədələnən və sağ baldır əzələsində 2-ci dərəcəli yırtıq/dartılma aşkarlanan 34 yaşlı hücumçunun vəziyyəti hələ də tam bərpa olunmayıb.
Braziliya düşərgəsində Neymarın turniri tamamilə qaçırmaması üçün tətbiq edilən strategiyanın əsas bəndləri belədir:
-
Risklər sıfıra endirilir: Neymar idman zalında fərdi bərpa məşqlərinin intensivliyini artırsa da, hələ hələ topla və komanda ilə yaşıl meydana çıxmayıb.
Həkimlər onun zədəsinin təkrarlanmaması üçün qrup mərhələsində tamamilə dincəlməsini şərt qoyublar. -
Haiti və Şotlandiya matçlarında yoxdur: Turnirin ilk oyununda "Mərakeş" ilə 1:1 bərabərə qalan Braziliyada Neymarın adı heyətdə olsa da, o, növbəti Haiti və qrupun sonuncu Şotlandiya qarşılaşmalarında da meydana çıxmayacaq.
-
Hədəf pley-off mərhələsidir: Karlo Ançelottinin planına görə, komandanın qrupdan çıxacağı təqdirdə, Neymar tam hazır vəziyyətdə 1/8 final mərhələsindən etibarən "Sambaçılar"a kömək edə biləcək.
Karlo Ançelotti Neymarın komanda üçün təkcə meydandakı futbol keyfiyyəti ilə deyil, həm də gənc oyunçulara göstərdiyi liderlik və təcrübə nümunəsi ilə düşərgədə çox böyük rol oynadığını vurğulayıb.


