“Neftçi” PFK-nın 2026/27-ci illər mövsümü üçün təlim-məşq toplanışının proqramı məlum olub.

Offsideplus.az xəbər verir ki, Paytaxt təmsilçisinin hazırlıq prosesi iki mərhələdən ibarət olacaq. 

​Komandanın hazırlıq planına əsasən, toplanışın birinci mərhələsi iyunun 20-dən 28-dək Bakıda təşkil olunacaq. “Ağ-qaralar” bu müddət ərzində hazırlıqlarını “Palms Sports” Futbol Mərkəzində yerli şəraitdə davam etdirəcəklər.

​Bakı mərhələsi başa çatdıqdan sonra, “Neftçi” iyunun 29-da xaricə yollanacaq. İyulun 14-dək davam edəcək ikinci mərhələ Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. Hazırlıq müddətində “Hotel Livada Prestige”də məskunlaşacaq komandanın proqramına 4 yoxlama görüşü daxil edilib.

​Yoxlama oyunlarının tarixləri artıq dəqiqləşib:

  • ​2 iyul — İlk rəqib Serbiya təmsilçisi “Partizan” olacaq.
  • ​6 iyul — İkinci yoxlama oyunu.
  • ​10 iyul — Üçüncü yoxlama oyunu.
  • ​13 iyul — Son sınaq matçı.

​Qeyd: Digər rəqiblərin kimliyi və qarşılaşmaların başlanma saatları barədə yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.