Ölkəmizi Konfrans Liqasında təmsil edəcək iki komandadan biri - “Zirə”nin rəqibi məlum olub.

Offsideplus.az xəbər verir ki, “qartallar” Gürcüstanın “Torpedo” komandasını sınağa çəkəcək. Kutaisi şəhərini təmsil edən klub Gürcüstanın ən titullu klublarındandır. Sonuncusu 2017-ci ildə olmaqla, 4 qat Gürcüstan çempionu olan komanda 5 dəfə ölkə kubokunu, 3 dəfə Superkuboku qazanıb. 

Cari mövsümü 3-cü pillədə başa vuraraq KL-nin 1-ci təsnifat mərhələsinə vəsiqəni əldə edib.

Klubun avrokuboklardakı ən böyük uğuru 2018/19 mövsümündə Avropa Liqasının pley-off mərhələsində oynaması olub. 

“Torpedo”nun Transfermarkt dəyəri 5.45 milyon avrodur. Maraq üçün bildirək ki, “Zirə”də bu rəqəm 14.8 milyondur.