Ötən mövsüm başa çatan kimi baş məşqçisi Azər Bağırovla yollarını ayıran “Kəpəz”dən xəbər var.  

Gəncə təmsilçisi artıq bu həftə ərzində yeni baş məşqçisini açıqlayacaq. Klubun Media və Marketinq direktoru Gəray Qiyasov Offsideplus.az-a açıqlamasında bildirib:

“Baş məşqçi siyahısında yerli də var, əcnəbi də. Yekun qərar bu həftə ərzində veriləcək”.

Qeyd edək ki, “Kəpəz” ötən mövsümü 10-cu pillədə başa vurub.