"Sabah" heyətinə yeni futbolçu cəlb edib.

Offsideplus.az xəbər verir ki, klub nigeriyalı vinger Kristian Nvaçukvu ilə anlaşıb. 20 yaşlı futbolçu İngiltərənin "Şeffild Yunayted" klubundan transfer edilib. Nvaçukvu ilə müqavilənin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub. 

Futbolçu karyerası ərzində Bolqarıstanın "Botev Plovdiv" (2024/25) və Türkiyənin "Serikspor" (2026) komandalarında çıxış edib.