"Tottenhem"in baş məşqçisi Roberto De Zerbi Mixail Mudrikin diskvalifikasiyasının ləğv edilməsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi dekabr 2024-dən etibarən antidopinq qaydalarını pozduğuna görə futboldan uzaqlaşdırılmışdı. De Zerbi və Mudrik vaxtilə "Şaxtyor"da birgə çalışıblar.

De Zerbi bildirib: "Bu, mənim daha bir oğlumdur. Onun üçün çox sevinirəm. O, oynamağa layiqdir. Əla insan və yaxşı futbolçudur. Ümid edirəm, gələn mövsüm son iki ildə yaşadıqlarını meydanda göstərə biləcək. Bəlkə də, "Tottenhem"ə qarşı yox, amma o, möhtəşəm insandır və çox, çox yaxşı oyunçudur. Bütün keçmiş futbolçularıma təşəkkür etməliyəm, xüsusilə Mişaya, çünki mən oradan siyasi münaqişəyə görə ayrıldım. O komandadan, o klubdan futbola görə getmədim, baxmayaraq ki, bəlkə də, orada məşqçi kimi ən yüksək səviyyəyə çatdım."