Tofiq Musayev bu gün UFC-də növbəti döyüşünə çıxır

Offsideplus.az xəbər verir ki, bu gün Serbiyanın paytaxtı Belqradda keçiriləcək “UFC Fight Night” turnirində diqqətlər təmsilçimiz Tofiq Musayevə yönələcək.

36 yaşlı azərbaycanlı MMA döyüşçüsü yüngül çəki dərəcəsində slovakiyalı təcrübəli idmançı Ludovit Kleinlə üz-üzə gələcək. Qarşılaşma gecənin ilkin kartı çərçivəsində baş tutacaq.

“Belgrade Arena”da təşkil olunan turnirin əsas döyüşündə isə yerli idmançı Uroş Mediç amerikalı Daniel Rodrigeslə sınağa çıxacaq. Həmçinin, gecənin digər diqqətçəkən qarşılaşmasında sabiq çempion Yan Blaxoviç Navajo Stirlinqlə üz-üzə gələcək.