Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirinə start verilib.

Offsideplus.az xəbər verir ki, yarışın ilk günündə sərbəst güləşdə 57, 70, 86 və 125 kq, yunan-Roma güləşində isə 55, 67, 82 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Ənənəvi turnirin startında Azərbaycanın 4 təmsilçisi fəxri kürsüyə qalxmağı bacarıb. Sərbəst güləşçilərimizdən Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) isə bürünc medala sahib çıxıb.

Yunan-Roma güləşində mübarizə aparan 130 kq çəkili milli üzvləri də ilk "üçlük"də yer alıblar. Sərxan Məmmədov gümüş, Beka Kandelaki isə bürünc medalı boynundan asıb.

Qeyd edək ki, beynəlxalq turnirə sabah yekun vurulacaq.