Fransanın hazırkı çempionu "Monako"nun 2026/27 mövsümündə ölkə birinciliyində iştirakı rəsmən rədd edilib.
Offsideplus.az xəbər verir ki, klubun apellyasiya müraciəti Fransa Basketbol Federasiyasının Apellyasiya Palatası tərəfindən qəbul olunmayıb.
"Monako" rəhbərliyi qərarın ləğvi və LNB yarışlarında iştirak hüququnun bərpası üçün məsələni Fransa Milli Olimpiya və İdman Komitəsinə çıxarmağı nəzərdən keçirir.
Klub həmçinin knyazlıq qurumlarına və yenidənqurma prosesində dəstək göstərən hər kəsə təşəkkür edib.
Bu qərar "Monako"nun gələcəyi ilə bağlı ciddi suallar yaradıb və növbəti mövsüm üçün planlaşdırılan bir sıra məsələləri, o cümlədən Yakuba Ouattaranın komandaya qoşulmasını qeyri-müəyyən vəziyyətə salıb. Yekun qərarın apellyasiya olunub-olunmayacağı yaxın günlərdə bəlli olacaq.


