"PSJ" "Monako"nun yarımmüdafiəçisi Maqnes Akliuşun transferini razılaşdırıb.
Offsideplus.az xəbər verir ki, Fransa millisinin 24 yaşlı futbolçusunun keçidi üçün tərəflər artıq yekun razılıq əldə edib. Akliuş növbəti həftə tibbi müayinədən keçəcək və "PSJ" ilə 2031-ci ilin iyununa qədər müqavilə imzalayacaq.
Akliuş ötən mövsüm Liqa 1-də 31 oyunda 6 qol və 6 assistlə yadda qalıb. Transferin məbləği 50 milyon avro təşkil edir.


