“Qarşılaşmalar maraqlı keçir”.

Bu fikirləri Offsideplus.az saytına açıqlamasında azərbaycanəsilli alman güləşçi Mədinə Bayramova (49 kq) deyib.

O, Bakıda təşkil olunan U-17 dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb:

"Altı yaşımda Almaniyaya köçmüşəm. Artıq on ildir ki, güləşlə məşğul oluram. Bu yarışda Almaniyanı təmsil edirdim.

Dünya çempionatında çox yaxşı və güclü güləşçilər mübarizə aparırlar. Təəssüf ki, uduzdum. Qələbə qazanmağı çox istəyirdim, amma təəssüf ki, alınmadı”.

Qeyd edək ki, Mədinə Bayramova 1/4 finalda məğlub olaraq mübarizəni dayandırıb.