Basketbolun əfsanəsi, "Los Anceles Leykers"in sabiq mərkəz oyunçusu Şakil O'Nil azarkeşlərin komandaya və LeBron Ceymsə münasibəti barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, öz təcrübəsindən çıxış edərək, azarkeşlərin ona və Kobe Brayantla münasibətini müqayisə edib.
O'Nil bu barədə belə danışıb:
"Məni sevmirdilər, onlar Kobeni sevirdilər. Bilirsiniz, hər şeyə özüm nəzarət edəndə, mənimlə işləmək çətin olurdu. Hər şey mənim qaydalarımla olmalı idi və bəzən insanlar bununla razılaşmırdı. Səni oradan uzaqlaşdıranda, hər iki tərəfi müəyyən qədər başa düşə bilirəm".


