İtaliyalı yarımmüdafiəçi Sandro Tonali bu yay "Nyukasl"dan "Tottenhem"ə transferinin səbəblərini izah edib.
Offsideplus.az xəbər verir ki, futbolçu 100 milyon funt sterlinq (bonuslarla birlikdə) qarşılığında London klubuna keçib. Tonali bildirib ki, İtaliyaya qayıtmaq istəsə də, maliyyə səbəbindən bu mümkün olmayıb:
"Biz İtaliyaya qayıtmaq istəyirdik, lakin bu, maliyyə baxımından mümkünsüz idi. Klublar mənim maaşımı ödəyə bilərdi, amma transfer məbləğini qarşılayacaq gücdə deyildilər. İngiltərə bizim seçimimiz oldu və mənim, karyeram, futbolum, xoşbəxtliyim və ailəm üçün ən yaxşı qərarı İngiltərədə tapdıq. İki klubla danışdım. 10-15 dəqiqə kifayət etdi ki, başa düşüm: "Tottenhem" mənim növbəti komandam olacaq".


