Avropanın aparıcı klubları yoxlama oyunlarında qüvvəsini sınayıb.
Offsideplus.az xəbər verir ki, "Yuventus" Fransanın "Nitsa" klubu ilə qarşılaşıb və oyun 2:2 hesabı ilə başa çatıb. "Barselona" səfərdə "Birmingem"lə üz-üzə gəlib.
"Monako" Aleksandr Qolovinin də çıxış etdiyi heyətlə Belçikanın "Serkl Bryügge" klubu ilə heç-heçə edib – 2:2. "Monako"nun qollarını Qolovin (41-ci dəqiqə) və Brunner (90-cı dəqiqə) vurub. Komandanın start heyətində Qradetski, Kerer, Mavissa, Nazinyo, Assab, Kabral, Kulibali, Qolovin, Deturbe və Biret yer alıb.
"Real Sosyedad" Arsen Zaxaryanın iştirakı ilə Fransanın "Tuluza" klubu ilə qarşılaşıb və bu görüşdə ispan təmsilçisi 1:2 hesabı ilə uduzub.


