"İnter"in baş məşqçisi Kristian Kivu Con Stounzun transferi ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, rumıniyalı mütəxəssis keçmiş "Mançester Siti" müdafiəçisinin azad agent kimi komandaya qoşulmasından məmnun olduğunu bildirib:

"Stounzun gəlişindən razıyam: o, bizə bir çox cəhətdən vacibdir. Onun keyfiyyəti, fərdiliyi və xarizması sayəsində müdafiəmizin səviyyəsini artıracaq. Hazırda heyətdə olan oyunçulardan istifadə edirik. Dünya çempionatından sonra məzuniyyətdən qayıdacaq futbolçuları gözləyirik və transfer pəncərəsinin bağlanmasına hələ bir ay var. Komanda rəqabətədavamlıdır, lakin həmişə səviyyəni yüksəldəcək və klubun ambisiyalarına uyğun oyunçulara ehtiyac var".