"İnter" Körtis Consun transferi üçün yenidən hərəkətə keçib.
Offsideplus.az xəbər verir ki, Milan klubu "Liverpul"un yarımmüdafiəçisini heyətinə qatmaq istəyir.
Daha əvvəl "neradzurri" 32 milyon avro təklif etmişdi, lakin "Liverpul" bu məbləği qəbul etməyib. "The Athletic"in məlumatına görə, "İnter" vasitəçilər vasitəsilə "Liverpul"la yenidən əlaqə saxlayıb və bu dəfə 35 milyon avro ödəməyə hazır olduqlarını bildirib. Lakin bu məbləğ hələ də "qırmızılar"ın istədiyi 40 milyon avrodan azdır.
K. Consun "Liverpul"la müqaviləsinin başa çatmasına bir il qalıb. Premyer Liqa klubunun rəhbərliyi oyunçunu dəyərləndirdikləri məbləğdən aşağı qiymətə satmaq istəmir və hətta onu 2027-ci ildə pulsuz itirməyə üstünlük verəcəklərini bildiriblər. Hazırda Consla yeni müqavilə üzrə aktiv danışıqlar aparılmır. Bununla belə, tərəflər arasında gözləntilər fərqli olmasa, "Liverpul" yeni razılaşmanı müzakirə etməyə maraqlı olardı.
O, 2025/26 mövsümündə Premyer Liqada 34 oyunda iştirak edib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib və 2 sarı vərəqə alıb.


