Viktor Vembanyama iki ildən sonra yenidən Fransa millisinin heyətinə qayıdır. 

Offsideplus.az xəbər verir ki, sonuncu dəfə Paris-2024 Yay Olimpiya Oyunlarının finalında ABŞ-a karşı (26 xal, 7 ribaund) forma geyinən 22 yaşlı mərkəz oyunçusu bu dəfə yığmaya artıq NBA ulduzu və ilin müdafiəçisi kimi qoşulacaq.

Vembanyama Nanterdə yenilənmiş basketbol meydançasının açılışında FIBA qaydaları ilə oynamaq üçün darıxdığını bildirib:

"Bura qayıtmaq mene çox yaxşı təsir edir. Hazırda NBA üçün yox, FIBA basketbolu üçün çox darıxıram. Okeanın o tayında aylarla qalanda Fransayla əlaqə saxlamaq çətin olur. Amma bura dönəndə hər şey asanlaşır, çünki ətrafımda güvəndiyim insanlar var".

Ulduz basketbolçu Nanterdə təşkil etdiyi basketbol və şahmat turnirindən sonra milli komandanın düşərgəsinə qoşulacaq. Fransa yığması avqustda Serbiya ilə iki yoldaşlıq matçı (20 və 23 avqust), ardından isə DÇ-2027-nin seçmə mərhələsində Sloveniya (27 avqust) və İsveçlə qarşılaşacaq.