Braziliyalı yarımmüdafiəçi Kazemiro Lionel Messi ilə eyni komandada oynamağın onun üçün böyük arzu olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, "Real Madrid" və "Mançester Yunayted"in sabiq oyunçusu hazırda Messi ilə birlikdə "İnter Mayami"də çıxış edir.

Kazemiro bunları deyib:

"Həmişə ən yaxşılarla oynamaq istəmişəm. Hər gün onunla eyni komandada çıxış etməyi arzulamışam. Bilirəm ki, Messini dayandırmaq mümkün deyil – mənə heç vaxt nəsib olmayıb, həmişə komanda yoldaşlarımın köməyinə ehtiyacım olub. Bütün futbolçular dövrünün ən böyük oyunçularından biri ilə oynamağı arzulayır. Bu mənim üçün gerçək bir xəyaldır. Bu anın dadını çıxarmaq və ona qələbələr qazanmaqda kömək etmək istəyirəm".