Xorvatiyada keçirilən U-18 Avropa çempionatında mübarizə davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan U-18 millisi bu gün 9-16-cı yerlər uğrunda matçda Monteneqro ilə qarşılaşıb.

Görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 61:61.

Monteneqrolu gənclər əlavə olunmuş beş dəqiqədə 16 xal ataraq qələbə qazanmağı bacarıb - 77:71.

Gənc millimiz 13-16-cu yerlər uğrunda matça çıxacaq.

Qeyd edək ki, U-18 millimiz 2 qələbə, 3 məğlubiyyətlə qrup mərhələsini 6 komanda arasında 4-cü yerdə başa vurub.