"Mersedes"in pilotu Corc Rassell 2017-ci ildə "Hunqarorinq"də (Macarıstan) keçirilən sınaqlarda ilk dəfə komandanın Formula 1 bolidinin sükanı arxasına keçdiyi günü xatırlayıb.

Offsideplus.az xəbər verir ki, britaniyalı sürücü həmin gündən dərin təəssüratla danışıb:

"Bolidin sürəti məni tamamilə şoka salmışdı. Havanın temperaturu 40 dərəcəyə çatırdı. Sınaqların sonunda həddindən artıq təzyiqdən (qüvvədən) gözlərim qızarmışdı. Pit-stopdan çıxıb ilk döngədən öncə əyləci basanda başım az qala sükana dəyəcəkdi.

Həmin gün Uşaqlıqda izlədiyim Robert Kubitsa da "Reno" ilə sınaqlarda idi. Onlarla yan-yana yarışmaq mənim üçün böyük şərəf idi. O vaxtkı özümə nə deyərdim? Hər anın dadını çıxarmağı! Çünki zaman çox sürətlə keçir. Həmin günü dünənki kimi xatırlayıram".