İngiltərəli mütəxəssis Eddi Hau "Nyukasl" klubunun baş məşqçi postundan ayrıldığını rəsmən bəyan edib.
Offsideplus.az xəbər verir ki, Hau qərarını şəxsi düşüncələrindən sonra verdiyini bildirib. O vurğulayıb ki, demək olar beş il ərzində bütün həyatını, ürəyini və ruhunu kluba həsr edib və indi həm özü, həm də klub üçün ən doğru addımın ayrılmaq olduğunu düşünür:
"Şəxsi düşüncələrdən sonra qərara gəldim ki, indi "Nyukasl"ın baş məşqçi postundan ayrılmaq üçün ən uyğun zamandır. Təxminən beş il ərzində bütün həyatımı, ürəyimi və ruhumu kluba verdim, yorulmadan çalışdım. Hiss edirəm ki, həm özüm, həm də klub üçün indi ayrılıb güc toplamaq və fasilə vermək daha yaxşıdır. Bu qərarı qəbul etmək inanılmaz dərəcədə çətin olsa da, ürəyimdə bilirəm ki, bu, düzgün addımdır. Burada olduğum müddətdə həmişə "Nyukasl"ın maraqlarını öz maraqlarımdan üstün tutmuşam və bu dəfə də istisna deyil. "Nyukasl"ın baş məşqçisi olmaq mənim üçün böyük şərəf idi".
Eddi Hau 2021-ci ilin noyabrından etibarən "Nyukasl"a rəhbərlik edib. Klubun yeni baş məşqçisi postuna son olaraq "Əl-Əhli"ni çalışdıran Mattias Yaysle təyin oluna bilər.


