Bu il keçirilən VTB Superkuboku maliyyə baxımından rekord göstəricilərlə yadda qalıb. Turnirin finalında "Anadolu Efes" "Lokomotiv-Kuban"ı məğlub edərək çempionluğa yiyələnib.

Offsideplus.az xəbər verir ki, VTB Liqasının baş direktoru Ilona Korstin bildirib ki, Superkubokun son günü arenada bütün biletlər satılıb və bu, turnirə marağın yüksək olduğunu göstərib. O qeyd edib ki, Superkubokdan 10 milyon rubl gəlir əldə olunub və bu, liqa üçün böyük uğurdur. Korstin əlavə edib ki, "Anadolu Efes" kimi EuroLeague təmsilçisi ilə qarşılaşma rusiyalı klublar üçün dəyərli təcrübə olub. Onun sözlərinə görə, "Anadolu Efes"in baş məşqçisi Pablo Laso komandasının pley-off və hətta Final Four uğrunda mübarizə aparacağına əmindir. Turnirdə "Lokomotiv-Kuban" ikinci, "CSKA" üçüncü, "UNICS" dördüncü, "Zenit" isə altıncı yeri tutub.