Keçmiş NBA mərkəz oyunçusu Kvame Braun LeBron Ceymsin ətrafındakı oyunçuların karyerasına mənfi təsir etdiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Braun bu barədə belə deyib: "Əvvəllər düşünürdüm ki, LeBron adi insandır, amma sonra başa düşdüm ki, o, müəyyən bir qrupun üzvüdür. LeBron bir maşındır. Marketinq maşını. O, tək deyil. Bunu dərk etdikdən sonra anladım ki, bu maşınla qarşılaşanda o, zərərli tullantılar buraxır. Yəni, gözəl görünməsi üçün yaradılan bir şey əslində ətrafındakı hər şeyi dağıdır. Onun dağıtdığı karyeralara baxsaq – Vestbruk və daha bir çox başqası, hətta o, başlamamışdan əvvəl belə. İndi isə LeBronun oğlu səbəbindən Dalton Knecht özünü göstərə bilmədi". Qeyd edək ki, Knecht 2024-cü il NBA dreftində "Los Anceles Leykers" tərəfindən 17-ci seçimlə seçilib. Ötən mövsüm zəif çıxış edən 25 yaşlı forvard komandanın əsas transfer namizədlərindən biri hesab olunur.


