“Sumqayıt” Basketbol Klubunun məşqçilər korpusu bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Yeni mövsümdə “Sumqayıt” Basketbol Klubunun məşqçilər korpusunda təcrübəli mütəxəssis Vadim Kuramşın və gənc məşqçi Allahverdi Yusifov yer alacaq.

Vadim Kuramşın yeni mövsümdə baş məşqçi Uğur Özdemirin köməkçisi kimi fəaliyyət göstərəcək. Kuramşın “Sumqayıt” Basketbol Klubu yarandığı 3 il ərzində komandada çalışır. O, ötən iki mövsümdə komandamızın baş məşqçisi kimi fəaliyyət göstərib.

Allahverdi Yusifov isə buna qədər aşağı yaş qruplarından ibarət komandalarda məşqçilik edib. Yusifov FIBA və ABL-in B kateqoriyası üzrə məşqçilik sertifikatına sahibdir.