"Fiorentina" 19 yaşlı mərkəz müdafiəçisi Viktor Valdepenyasın "Real Madrid"dən transfer olunduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, ispan futbolçu İtaliya klubu ilə 5 illik müqavilə imzalayıb. Transferin məbləği 8 milyon avro təşkil edib. "Real Madrid" gələcəkdə oyunçunun satışı zamanı əldə olunacaq məbləğin 50 faizini alacaq və növbəti üç mövsüm ərzində futbolçunu geri qaytarmaq hüququna malik olacaq.