Yüngül çəkidə PFL çempionu Usman Nurmaqomedov Arçi Kolqana ilk raundda nokautla qalib gəldikdən sonra təşkilatda son döyüşünü keçirdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Nurmaqomedov döyüşdən sonra bunları deyib: "Bu, PFL-də son döyüşümdür. MVP (Ceyk Polun liqası, hansı ki, PFL ilə birləşib) danışırdı ki, Dana Uayt döyüşçülərə pul vermir. Görək, özləri döyüşçülərə nə qədər ödəyəcəklər". Usman Bellator və PFL-də ümumilikdə 12 döyüş keçirib (11-0, 1 nəticəsiz), səkkiz dəfə titul uğrunda mübarizə aparıb.


