Habib Nurmaqomedov PFL-in yüngül çəki üzrə çempionu Usman Nurmaqomedovun Arçi Kolqanla qarşılaşmasına münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, o, hər iki idmançının məğlubiyyətsiz olduğunu və bu döyüşün qalibini böyük gələcəyin gözlədiyini vurğulayıb. Habib bu qarşılaşmanı UFC-dən kənarda yüngül çəki üzrə ən maraqlı döyüş adlandırıb

Keçmiş UFC çempionu bu döyüş barədə bunları söyləyib:

"Usman bu döyüşə çox ciddi hazırlaşıb və rəqibinə xüsusi diqqət ayırıb. Bu qarşılaşma onun yüngül çəki elitasına daxil olması üçün əsl sınaq olacaq. Usmanın nə dərəcədə hazır olduğunu qəfəs göstərəcək".

Usman Nurmaqomedov və Arçi Kolqan arasında döyüş 1 avqustda Nyu-Yorkda keçiriləcək PFL turnirində baş tutacaq. Usmanın küncündə İslam Maxaçev də yer alacaq.