UFC-nin orta çəki dərəcəsində çıxış edən Şon Striklend növbəti döyüşü və mümkün rəqibi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, o, bildirib ki, çiynindəki zədə tədricən sağalır və tam bərpa üçün bir qədər də vaxt lazımdır.
Striklend Xamzat Çimayevə müraciət edərək onun çəki salmaqda çətinlik çəkdiyini vurğulayıb. "İstəyirsənsə, səni düzgün çəki salmağa öyrədim ki, ikinci məğlubiyyətdən sonra yenə şikayət etməyəsən", – deyə Striklend bildirib. Qeyd edək ki, Şon Striklend və Xamzat Çimayev ilk dəfə 10 may tarixində UFC 328 turnirində qarşılaşıb və Striklend hakimlərin bölünmüş qərarı ilə qalib gəlib.


