Bu gün Yaponiyanın paytaxtı Tokioda 3x3 basketbol üzrə Qadın Dünya Seriyasının cari mövsümünün 17-ci mərhələsinə start verilib.
Offsideplus.az xəbər verir ki, "Neftçi SOCAR" klubu A qrupunda ilk oyununu keçirib və ABŞ millisinə 18:13 hesabı ilə qalib gəlib.
"Ağ-qaralar" daha sonra Niderland U-25-ə qalib gəlib və qrupu lider bitirib
-
12:15 "Neftçi SOCAR" – ABŞ 18:13
-
14:15 "Neftçi SOCAR" – Niderland U-25 20:18
1/4 final mərhələsinə yüksələn "Neftçi SOCAR" sabah Bakı vaxtı ilə səhər saat 07:00-də Çinin "Pekin" klubu ilə qarşılaşacaq.


