Belçikalı keçmiş FIFA referisi Frank De Blekere ilə AFFA-nın yolları ayrılıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssisin milli assosiasiyadakı fəaliyyəti başa çatıb.

2024-cü ilin iyulunda AFFA Hakimlər Komitəsinin sədri təyin olunan De Blekere 2025-ci ilin noyabrından baş katibin beynəlxalq hakimlik və təlim-tədris üzrə müşaviri kimi çalışırdı. Onun dövründə 2026-cı ildən etibarən Azərbaycanın FIFA dərəcəli referilərinin sayı ilk dəfə 4-ə yüksəlib.

Belçikalı mütəxəssis karyerasını Serbiya Futbol Federasiyasında davam etdirəcək və orada Hakimlər Komissiyasının sədri vəzifəsini icra edəcək.

AFFA Frank De Blekereyə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.