MLS-in müntəzəm çempionatında Lionel Messinin çıxış etdiyi "İnter Mayami" öz meydanında milli komandamızın hücumçusu Nəriman Axundzadənin formayasını geyindiyi "Kolumbus Kryu"nu qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, turun digər qarşılaşmalarında "Atlanta" səfərdə "Filadelfiya" ilə, "Kanzas Siti" isə evdə "Hyuston Dinamo" ilə üz-üzə gələcək.

Qeyd edək ki, "İnter Mayami" - "Kolumbus Kryu" qarşılaşması bu gecə, Bakı vaxtı ilə saat 03:30-da başlayacaq.